Cəmiyyət

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi – FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

 

Tacxeber.com xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ağayev Murad Əsgər oğlu başçısının köməkçisi təyin olunub.

 

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

 

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

 

Məlumat mətbuatda dərc olunduqdan sonra – 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Kimin vəzifəsi varsa, tərifi də hazırdır

redaktor

Biri var hörməti olmaya, biri də var zəhləsi gedə

redaktor

Qazi iki dəfə özünüqəsdə cəhd edib

admin