23.2 C
Bakı
10 Sentyabr 2026 22:33
CəmiyyətHadisə

Qız qaçıran kişi maşının baqajında ölü tapıldı

qiz-qaciran-kisi-masinin-baqajinda-olu-tapildi

Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bir müddət əvvəl 1988-ci il təvəllüdlü A.Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-yi (ad – soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada A.Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

 

Yevlaxda A.Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədənlər polis tərəfindən saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Şəki faciəsi: məsuliyyəti küləyin üzərinə atmaq olmaz”

redaktor

“Adın şərəflidir sənin, ey qadın…” — bəs niyə pensiyan 65 yaşında?

redaktor

Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış…

redaktor