26 C
Bakı
14 Avqust 2026 03:26
Dünya

Rusiya planına Ankara əngəli: “Türklər ərazilərimizi işğaldan qurtardılar”

Türkiyənin Montrö Müqaviləsinə uyğun olaraq İstanbul boğazlarını bağlaması Rusiyanın Ukraynanın Odessa, Nikolayev və digər ərazilərini işğal etmək cəhdlərinə mane olub.

 

Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

 

“Ukraynanın müdafiəsinin əsas mərhələlərindən biri Türkiyə tərəfindən boğazların bağlanması oldu. “Moskva” gəmisini (Qara dənizdə) batırdıq, daha iki rus kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək əraziləri ələ keçirməsinə imkan vermədi. Bura Odessa, Nikolayev və Moskvanın planlarına görə dəniz əməliyyatları nəticəsində işğal edilməli olan digər ərazilər daxildir”, – diplomat vurğulayıb.

 

Bodnar Türkiyənin Ukrayna üçün ciddi nəqliyyat mərkəzinə çevrildiyini də xatırladıb: “İndi orada Ukrayna daşıyıcıları üçün vizasız nəqliyyat marşrutu mövcuddur”.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor