29 C
Bakı
18 Avqust 2026 18:54
DünyaHadisə

ABŞ-də təyyarə qəzası: Ölənlər var

Koloradoda (ABŞ) “Cessna 182” yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb. Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Qəza nəticəsində bir pilot və hava fotoqrafı həlak olublar. İkinci pilot ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

 

Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor

Rusiya Xəzər dənizi vasitəsilə İranı silahlandırmağa başlayıb

redaktor