28 C
Bakı
11 Avqust 2025 19:25
Dünya

Hakim partiyanın deputatı narkotik qəbul etdi, Paşinyanla görüşə yollandı – DETALLAR

Hakim “Vətəndaş müqaviləsi” partiyasının komandasında təkcə hökumətdə deyil, yerli özünüidarəetmə orqanlarında da vəziyyət gərginləşib.

Tacxeber.comxəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşr qeyd edir ki, partiyanın idarə heyətinin noyabrın 12-də keçirilən iclasında yeni qalmaqal yaşanıb.

Belə ki, çərşənbə axşamı Gümrüdəki gərgin vəziyyət müzakirə olunan zaman görüşdə iştirak edən Nikol Paşinyan gözlənilmədən partiyanın deputatı, Gümrü merinə ehtimal olunan namizəd Karen Saruxanyanı narkotik testindən keçmək üçün müayinəyə göndərib.

Onu Paşinyanın güvəndiyi həkim və baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşı müşayiət edib.

Nəticədə deputatın qanında narkotik aşkarlanıb.

Xatırladaq ki, noyabrın 10-da məlum olub ki, Karen Saruxanyanın əmisi oğlu Varuj Xojumyan və onun dostu, partiyanın Gümrüdəki Ağsaqqallar Şurasının üzvü Pargev Gevorkyan narkotik saxlamaqda və istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Azərbaycanı döyüş təyyarələrinin istehsalında iştiraka dəvət etdi

admin

Dünyada təşviş yaradan xəstəlik: Azərbaycanda vəziyyət necədir?

redaktor

İran İsrail qırıcısını vurub, SEPAH katapult edən qadın pilotu ələ keçirib

redaktor