23.2 C
Bakı
15 İyun 2026 12:29
Dünya

Pezeşkian İranın paytaxtının Tehrandan köçürülməsi ilə bağlı TAPŞIRIQ VERDİ

İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan köçürülməsi ilə bağlı tapşırıq verib.

 

Tacxeber.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pezeşkian Hörmüzqan, Sistan və Bəlucistan əyalətlərinin nümayəndələr məclisinin üzvləri ilə keçirdiyi görüşlərdə bildirib.

 

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian birinci müavini Məhəmmədrza Arifə paytaxtın Tehrandan köçürülməsi planı ilə bağlı işlərin başlanmasını tapşırıb.

 

O, ölkənin cənub və inkişafdan kənar qalan əyalətlərinin gücləndirilməsini hökumətin siyasətinin əsas sütunlarından biri hesab edib:

 

“Ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməkdən başqa çarəmiz yoxdur. Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəni ekoloji böhranlar və bir çox başqa problemlərlə üz-üzə qoya bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putinin təklif etdiyi atəşkəsi rədd edib

redaktor

Pelosi Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsindən istefa verir

redaktor

Təslim olmayacağıq, etirazlar yatırılacaq! – Xamenei

redaktor