26 C
Bakı
14 Avqust 2026 03:29
Dünya

Kiçik Tramp: Axmaqlar, Üçüncü Dünya müharibəsinə başlatmaq istəyirlər

Amerika hərbi-sənaye kompleksi (HSK), ABŞ-nin yeni seçilən prezident Donald Tramp hakimiyyətə gəlməmiş, Üçüncü Dünya müharibəsini başlamağa çalışır.

Tacxeber.com xəbər verir ki, bu barədə Trampın kiçik oğlu Donald Tramp ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa razılıq verməsini şərh edərkən X-də (Twitter) yazıb.

 

“Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh gətirmək və insanların həyatını xilas etmək şansı əldə etməmişdən əvvəl III Dünya müharibəsinə başladıqlarına əmin olmaq istəyir”, – o yazıb.

 

Kiçik Tramp əlavə edib ki, insanların həyatı onların vecinə deyil.

 

O, sonda belə bir qərarı qəbul edənləri də “axmaq” adlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev Moskvaya Qara dənizdə atəşkəs təklif etdi

redaktor

Hörmüz boğazıyla bağlı gərginlik azalmır

redaktor

“Məkkə sazişi” və Azərbaycan – Bakı yeni bloka qoşulmalıdırmı?

redaktor