26 C
Bakı
18 Avqust 2026 12:03
CəmiyyətDünyaGündəm

Abxaziyada qarşıdurma böyüyür

Əgər Abxaziya prezidenti Aslan Bjaniyanın istefası ilə bağlı tələblərə əməl edilməsə, müxalifət müvəqqəti hökumət yaradacaq.

 

Bu məlumatı TASS agentliyi “Aruaa” təşkilatının lideri Timur Quliyaya istinadən yayıb.

 

“Əgər prezident axşama qədər istefaya getməsə, biz koordinasiya şurasının tərkibindən ibarət müvəqqəti hökumət yaradacağıq. Bütün dövlət məmurlarını işə dəvət edəcəyik, iş şəraiti ilə təmin edəcəyik və dövlət idarəçiliyi prosesini nəzarətə alacağıq” – deyə o bildirib.

O, əsas tələblərinin prezident daxil, bütün güc bloku və nazirlərin istefaya getmək olduğunu söyləyib.

 

Qeyd edək ki, Aslan Bjaniya isə yaşananlar fonunda xalqa müraciət edərək, “Abxazlar öz “dövlətçiliklərini” itirə bilərlər” deyib. O, istefaya gedib, yenidən “prezidentliyə namizəd” olmağa hazır olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin

Dronlar, raketlər və arxa cəbhə zərbələri: NATO Rusiya üçün sürpriz hazırlayır

redaktor

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor