24.2 C
Bakı
28 İyun 2026 22:20
Hadisə

Bakıda su quyusuna düşən gənc belə xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən “Ölkə.az”a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.

 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.

 

 

Oxşar xəbərlər

Dövlət Müstəqilliyinin Bərpası Günü.

admin

Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI – Şərikli biznes qurubmuş

redaktor

Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib

redaktor