İdman

Ronaldinyo “Dəniz Mall”da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü – Video/Fotolar

Braziliya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Qauço “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.

 

Oxu.Az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.

 

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldunu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

“Sabah” – “Barselona” oyununda azarkeş vəfat edib

admin