İdman

Vətən müharibəsi şəhidinin taekvondoçu qızı Avropa çempionu oldu – FOTO

Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.

 

Azərbaycan Taekvondo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.

Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.


Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ın futbolçuları qoldan sonra “Neftçi” azarkeşlərinin önündə bu duruşa görə cəzalandırıldı – FOTO

admin

Afərin Qarabağ! “Benfika” üzərində bu möhtəşəm qələbə hamı kimi məni də çox sevindirdi

admin

FİFA-dan Mahir Emreliyə şok cəza

admin