20 C
Bakı
19 Oktyabr 2026 22:06
Sağlamlıq

“Ən güclü” qan qrupu müəyyən edilib

Bu qan qrupu olan insanların ömrü daha uzun olur…

en-guclu-qan-qrupu-mueyyen-edilib

Birinci qan qrupu olan insanlarda müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng və demensiya kimi ciddi xəstəliklərdən qorunma qabiliyyəti yüksək olur.

 

Tacxeber.com xəbər verir ki, bu haqda “The Lancet” tibb jurnalında dərc olunan elmi təhlildə qeyd olunub.

 

Yazıda mütəxəssislər bunu qanın molekulyar tərkibinin xüsusiyyətləri ilə izah ediblər: birinci qan qrupu olan insanlarda qanın laxtalanmasından məsul olan daha az molekul var ki, bu da beyin və ürək-damar sisteminin fəaliyyətinin optimallaşdırılmasına səbəb olur.

 

Alimlər vurğulayırlar ki, birinci qan qrupu olanlar ürək-damar xəstəlikləri, mədəaltı vəzi və mədə xərçəngindən daha az əziyyət çəkirlər, yaddaş problemlərindən daha az şikayət edirlər. Bundan əlavə, bu qan qrupu olan insanların ömrü daha uzun olur.

Tacxeber.com

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor