Dünya

Kadırov Ukraynadan 2 min məktub aldı, əmri ləğv etdi

 

Çeçenistanın lideri Ramzan Kadırov cəbhədə “əsir götürməyin” əmrinin ləğv edildiyini açıqlayıb.

 

Tacxeber.comxəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat verib.

O iddia edib ki, Ukrayna sakinlərindən iki mindən çox məktub alıb:

 

“Müxtəlif məzmunlu məktubları həm qohumları səfərbər olunmuş qadınlar, həm də təmas xəttində olan kişilər öz istəyi ilə yazır. Hər müraciətdəki səbəb isə eynidir: Rusiyalı əsgərlərə əsir düşmək səngərlərə öz istəyinə zidd olaraq göndərilənlər üçün sağ qalmağın yeganə yoludur. “Əsir götürməyin” əmri ləğv edilir. Təslim olmaq istəyənlər sağ qalacaqlar. Digərlərinə isə yazığım gəlmir”.

 

Qeyd edək ki, Kadırov sözügedən əmri Çeçenistanda Prezident Vladimir Putinin adını daşıyan Rusiya Xüsusi Təyinatlı Universitetinə dron hücumundan sonra vermişdi./Axar.az

Tacxeber.com

Oxşar xəbərlər

“Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim”

redaktor

Yaxın gələcəkdə Rusiyada nələr baş verə bilər – Podolyak

admin

Dünyanın 10 ən varlı adamı: Yarısı yəhudilərdir – SİYAHI

redaktor