24.2 C
Bakı
28 İyun 2026 22:45
CəmiyyətHadisəKriminalQalmaqal

Əri ilə dalaşan qadın ərini döyərək öldürdü.

Bakıda ərini öldürməkdə şübhəli bilinən qadın saxlanılıb.

 

Bu barədə Xətai rayon Prokurorluğu məlumat verib.

 

Bildirilib ki, oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində saxlanılıb. (Ölke.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Dedi ki, həkimlər başıma oyun açdılar” – Manaf Çimnazdan danışdı

redaktor

Yaponiyada sunami təhlükəsi elan edilib

redaktor

Azərbaycanda generallar o qədər təmizdirlər ki, onların ətəyində namaz qılmaq da savab sayılar. (İronik yazı)

redaktor