19 C
Bakı
08 Oktyabr 2026 08:05
Dünya

Kobaxidze Borrellin Gürcüstanı Moldova ilə müqayisə etməsini təhqir ADLANDIRDI

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin Moldova ilə müqayisəsini təhqiramiz adlandırıb.

 

Tacxeber.comxəbər verir ki, bunu Gürcüstanın baş naziri keçirdiyi brifinq zamanı deyib.

 

“Gürcüstanı Moldova ilə müqayisə etməyə gəlincə, bu, tamamilə təhqirdir. Gürcüstan istər demokratiya, istər insan haqları, istərsə də iqtisadiyyat baxımından Moldovanı hər cəhətdən qabaqlayır. Bizdə daha güclü dövlət qurumları var. Xatırlatmaq istərdim ki, Moldovada partiyalar və media qadağan edilib, siyasi və media plüralizmi yoxdur”, – Kobaxidze vurğulayıb.

 

Gürcüstanın baş nazirinin sözlərinə görə, hakimiyyət müvəqqəti xarakter daşıdığı üçün bu cür bəyanatlara xüsusi əhəmiyyət verməyəcək və Ukraynada münaqişə bitən kimi Gürcüstanın Aİ ilə münasibətləri bərpa olunacaq.

 

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Gürcüstanın hakim partiyası ölkəni Avropaya gedən yoldan avtoritarizmə doğru apardığını deyərək, Moldovanı isə hökumətin görünməmiş çağırışlar qarşısında dayanıqlılığına görə tərifləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor