Hadisə

Türkiyədə HƏYƏCANLI ANLAR: sərnişinlərlə dolu dəyyarənin şassisi qırıldı

 

Münhendən Antalyaya uçan “Corendon Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsinin eniş zamanı şassisi qırılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin “Hava Sosyal Medya” onlayn platforması məlumat yayıb.

 

Qeyd edilib ki, insident TC-TJV qeydiyyatlı təyyarənin enişi zamanı bşa ilə baş verib.

 

Eniş şassisi zədələndikdən sonra təyyarə taksi yolu ilə hərəkətini davam etdirib və dayanıb. Sərnişinləri təxliyyə etmək üçün göyərtəyə yerüstü xidmət maşınları gəlib və onların köməyi ilə insanlar təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.

 

Hazırda təyyarədə texniki işlər davam edir, bütün fəaliyyətlər nasazlıq olmadan həyata keçirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Ordumuz hərəkətə keçdi: Ermənilər Ağdam istiqamətində… – RƏSMİ

redaktor

Nyu-Yorkda saxlanılan azərbaycanlı tələbə Mamdaninin Trampla görüşündən bir neçə saat sonra azad edilib

admin

3-cü kurs tələbəsindən dəhşətli əməl

redaktor