23.7 C
Bakı
29 İyun 2026 01:57
CəmiyyətHadisə

Daha bir toy karvanı, növbəti faciə… – Foto

Ötən gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

BMW markalı gəlin maşınının toy karvanında iştirak edən “VAZ-21015” markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağa ölüb.

 

Ə.Xudiyev gəlini gətirməyə gedən gəlin maşınında yer alıbmış. Bu avtomobili idarə edən isə bəyin özü – Toğrul Əzizov olub.

 

Qeyd edək ki, son vaxtlarda toy karvanlarında tez-tez qəzalar baş verir. Son dönəmlərdə bunlardan ən ağırı ötən ay Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda baş vermiş, qəza nəticəsində 5 nəfər ölmüşdü.

 

Baş DYP İdarəsi də toy karvanları ilə bağlı sürücülərə müraciət etsə də, təəssüf ki, bəziləri məsələyə məsuliyyətsiz yanaşır. İnsan həyatının heçə sayılmasının nəticəsində dəfələrlə toylar yasa dönüb. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Gəncədə DƏHŞƏT: Gənc qız narkozdan şoka düşərək dünyasını dəyişdi

redaktor

Yaponlar indi də çamurdan ət hazırlayacaq

admin

Ucuzlaşma olacaqmı – inanmıram.

redaktor