Hadisə

80 yaşlı kişi dəfn mərasimində dirildi

80 yaşlı kişi dəfn mərasimində dirildi

Türkiyədə ağılasığmaz hadisə yaşanıb.

 

Tacxeber.com BAKU.WS-ə istinadla xəbər verir ki, 80 yaşlı Halit Bayşu üçün Ayvansaray Hacı İlyas Yatağan məscidində cənazə namazına hazırlıq görülüb. Lakin namazdan əvvəl tabutdan səs gəlməyə başlayıb.

 

Yasda iştirak edənlər bundan şoka düşüblər. Hadisə yerinə tibb işçiləri çağırılıb. Onlar tabutdakı adama ürək masajı edərək xəstəxanaya aparıblar. Lakin Bayşu orda vəfat edib.

 

Ayvansaray məhəllə muxtarı Qalip Akçay bildirib ki, tabutdan səs gəldiyini ona ilk Bayşunun qızı deyib: “Qulaq asmaq üçün əyiləndə səs eşitdim. Təcili yardıma zəng etdilər”.

Tacxeber.com

Oxşar xəbərlər

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı

redaktor