22 C
Bakı
09 Oktyabr 2026 20:34
Dünya

Putin Paşinyanla razılaşdı: Ruslar çıxır, erməni sərhədçiləri gəlir!

 

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.

 

Tacxeber.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

 

O bildirib ki, müvafiq razılaşma bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.

 

Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin