19 C
Bakı
20 Oktyabr 2026 20:55
DünyaSiyasət

Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək


Türkiyə Böyük Millət Məclisinin (TBMM) oktyabrın 8-də qapalı iclasında İsrailin bölgədəki hərəkətləri və onun yaratdığı təhdidləri dəyərləndirəcək.Bu barədə TBMM sədri Numan Kurtulmuş deyib.

“Hökumət 8 oktyabr çərşənbə axşamı İsrail mövzusu ilə bağlı parlamentə məlumat verəcək. Görüş zamanı xarici işlər və müdafiə nazirləri vəziyyətlə bağlı məlumat verəcəklər”, Kurtulmuş deyib.

Qeyd edək ki, daha öncə Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini Murat Əmir İsraillə bağlı parlamentin qapalı iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. O, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fələstin və Livanla yanaşı İsrailin də hədəfində olduğunu deməsindən sonra edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor