20 C
Bakı
20 Oktyabr 2026 17:56
Dünya

İsraildə fövqəladə vəziyyət ELAN OLUNDU

İsrail hökuməti müdafiə naziri Yoav Qalantın sentyabrın 30-dək ölkə daxilində arxa cəbhədə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı təklifini onlayn səsvermə vasitəsilə təcili olaraq təsdiqləyib.

Tacxeber.com xəbər verir ki, İsrail mediasının məlumatına görə, onlayn səsvermə Beyrutun Dahiya rayonunda Hizbullah-ın yüksək rütbəli üzvü Əli Karakiyə sui-qəsd cəhdi fonunda keçirilir.

Arxa cəbhədə fövqəladə vəziyyətin tətbiqi vətəndaşlara birbaşa təsir göstərmir, lakin vəziyyətin sürətlə dəyişməsi zərurəti yarandıqda İDF və hökumət orqanları üçün nəzərdə tutulub.

Qeyd edilib ki, fövqəladə vəziyyətin elan edilməsi uzunmüddətli hücum zamanı ictimai asayişi qorumaq və vətəndaşları qorumaq üçün hakimiyyət orqanlarına xüsusi səlahiyyətlər vermək məqsədi daşıyır.

Tacxeber.com

Oxşar xəbərlər

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor