32 C
Bakı
12 Avqust 2025 15:53
İqtisadiyyat

Ödəniş terminallarında komissiya haqqı tutulur? – Rəsmi cavab

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən “MilliÖn” və “E-manat” ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqı tutulur. Xüsusilə kredit ödənişlərində komissiya haqqının tutulduğu bildirilir.

 

Vətəndaşlar komissiya haqqının qəbzlərdə əks olunmamasından narazıdırlar.

 

Tacxeber.com xəbər verir ki, modern.az məsələ ilə bağlı “MilliÖn” şirkəti ilə əlaqə saxlayıb.

 

Şirkətdən bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənib. Bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur.

 

“Bu komissiya isə bankın istəyi əsasında tətbiq olunur. Komissiyanın qəbzdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”, – açıqlamada qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda 4300 manata otel, günü 600 manata kirayə evlər – Qış tətilinə hazırsınız?

admin

Krediti olan şəxs vəfat edərsə, borc necə olacaq? – AÇIQLAMA

redaktor

Türkiyə Rusiya ilə birlikdə qaz qovşağının tikintisinin başlama tarixini açıqladı.

admin