22.8 C
Bakı
10 İyun 2026 02:20
İqtisadiyyat

“Azercell” bizi dünya üzrə BELƏ BİABIR EDİR… – TƏFƏRRÜAT

“Azercell Telekom” MMC (“Azercell”) 16 noyabr 2025-ci ildən etibarən bir sıra tariflər üzrə qiymətləri artıracaq.

Bildirilir ki, qiymət artımı “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərini əhatə edəcək.

Yeni qərara əsasən, “Hər Yerə” tarif paketi üzrə qiymət 3 manatdan 3,89 manata, digər tariflər üzrə isə 2 manatdan 3,89 manata qaldırılacaq.

Qeyd edək ki, Yeniavaz.com məsələ ilə bağlı “Azercell Telekom”dan münasibət öyrənməyə çalışsa da, şirkətin mətbuat xidmətindən zənglərə cavab verməyiblər.

Xatırladaq ki, bir neçə ay əvvəl də “Azercell” fakturasız nömrələr (“SimSim”) üçün yeni şərtlər tətbiq etmiş və bu qərar ictimaiyyət arasında ciddi narazılıq doğurmuşdu.

Belə ki, “SimSim” nömrələrin balansına 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti cəmi 1 gün olub. Halbuki bir neçə ay əvvəl bu müddət 5 gün, ondan əvvəl isə 7 gün təşkil edirdi.

Müqayisə üçün qeyd edək ki, dünyanın əksər ölkələrində, o cümlədən qonşu dövlətlərdə fakturasız nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisədə xeyli uzundur.

 “Vodafone” (Türkiyə) – 180 gün

“Turkcell” (Türkiyə) – 185 gün

“Magticom” (Gürcüstan) – 60 gün

“Megafon” (Rusiya) – 90 gün

“Telecom Armenia” (Ermənistan) – 90 gün

“Azercell” (Azərbaycan) – 1 gün

 

Tacxeber.com

Oxşar xəbərlər

Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır – ŞOK DETALLAR

redaktor

Ən çox borcu olan NATO ölkəsi – Türkiyənin nə qədər borcu var?

admin

Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – Rəsmi

redaktor