17 C
Bakı
11 Oktyabr 2026 03:46
DünyaİdmanQalmaqalSiyasət

İtaliyalı azarkeşlərdən İsrail himninə qəribə etiraz

Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda İsrail – İtaliya oyunundan öncə qəribə anlar yaşanıb.

 

Görüş İsraildəki müharibə şəraiti səbəbindən Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Matçda nominal meydan sahibi İsrail olub.

Oyunun startından əvvəl tribunada 50 nəfərə yaxın italiyalı azarkeşdən ibarət qrup İsrailin himni səsləndirilərkən etiraz edib. Onlar etiraz əlaməti olaraq arxalarını meydana tərəf çeviriblər.

 

İtaliyalı azarkeşlərin bu protestosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.İsrailin Fələstinlə münaqişəsinə görə bəzi sosial şəbəkə istifadəçiləri italiyalı azarkeşlərin davranışını dəstəkləyiblər. Bəzi istifadəçilər isə onların fanatlar arasındakı faşit qruplardan olduğunu irəli sürüb.

Qeyd edək ki, bu oyunda İtaliya İsraili 2:1 hesabı ilə məğlub edib. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor