Dünya

İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

“Informa Connect Academy” analitik şirkətinin hesabatına görə, dünyanın ən zəngin adamı İlon Maskın sərvəti 2027-ci ilə qədər 1 trilyon dolları keçə bilər.

 

Tacxeber.com xəbər verir ki, şirkət öz proqnozunu İlon Maskın sərvətinin son illərdə hər il orta hesabla 110% artdığını nəzərə alaraq edir.

 

Potensial trilyonçular siyahısına Hindistanın sənaye konqlomeratı “Adani Group”-un sahibi Qautam Adani, Amerika texnologiya şirkəti “Nvidia”-nın baş direktoru Censen Huanq, İndoneziyanın “Barito Pacific” şirkətinin yaradıcısı Prayoqo Pandesta və Bernard Arno daxildir.

 

Dünya milyarderlərinin reytinqində İlon Mask 237 milyard dollar sərvəti ilə birinci yerdədir. Onu “Amazon” qurucusu Ceff Bezos (177 milyard dollar), Bernard Arno (158 milyard dollar) və “Microsoft” qurucusu Bill Qeyts (129 milyard dollar) izləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyada ən böyük yolka bu ölkədə quruldu – FOTO

admin

Türkiyə İkinci dünya müharibəsi illərində – Yadigar Sadıqlı

admin

Xamenei niyə yoxa çıxıb?

admin