“Üç ildir ki, Bakıda daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunur. Bu, əmlak bazarında alıcı qıtlığına gətirib çıxarıb. Alıcılar gözləmə mövqeyi tutmağa üstünlük verirlər”.
Bu fikirləri Bakupost.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, ötənilki rəqəmlərə nəzər saldıqda mənzillərin əksəriyyətinin ipoteka və bankdaxili kreditlərlə satıldığını görə bilərik:
“Alıcıların böyük hissəsi ipoteka krediti ilə mənzil almaq istəyir. Hazırda əmlak bazarında ipoteka predmetinə çevrilə bilən, mərkəzə yaxın ərazilərdəki köhnə binalardakı birotaqlı mənzillərin satış qiyməti 100-130 min manat arası dəyişir. Amma əvvəlki illərdə bu qiymətə iki və ya üçotaqlı mənzillər almaq mümkün idi”.
E.Fərzəliyev qeyd edib ki, yeni tikililərdə qiymət artımı daha çoxdur:

