21 C
Bakı
20 Oktyabr 2026 15:59
Dünya

Talıbovun yerinə o gəlir – Bəxtiyar Məmmədov KİMDİR?

Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilib və 1995-ci ildən bəri ilk dəfə olaraq Vasif Talıbov olmadan 45 nəfərlik yeni Ali Məclis formalaşıb. Ali Məclisə seçkilərdə ən çox səs toplayan isə şəhid anası Rüstəmova Gülşad Qəzənfər qızı olub – 75,28%.

 

Bəxtiyar Məmmədov Naxçıvan Baş nazirinin müavini təyin edildi.

 

“Aldığım məlumata görə, ikinci ən yüksək səs toplayanı Ali Məclisin sədri qoymaq istəyirlər. Söhbət Məmmədov Bəxtiyar İbrahim oğlundan gedir. O, 41 saylı Ordubad şəhər seçki dairəsindən seçilib və guya seçicilərin 74,38%-nin səsini toplayıb. Bu böyük nəticə ilə Abdullayev Qəzənfər İsmayıl oğlu (74,09%) və Bayramov Mübariz Novruz oğlu kimi rəqiblərini (74,07%) 0.3%-lə geridə qoyub”. Dia-az.info xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

 

Heydər Oğuz deyib ki, Bəxtiyar Məmmədov vaxtilə Naxçıvan baş nazirinin müavini və SOCAR neft emalı zavodunun direktoru işləyib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor