22.6 C
Bakı
29 İyun 2026 10:24
Cəmiyyət

“Nikosayağı”nın qəzaya düşdüyü avtomobilin nömrəsi satışa çıxarıldı – MƏBLƏĞ

 

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

 

Tacxeber.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır.

 

Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur.

 

Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

 

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Durum dəyişir: Qarabağı kim niyə qarışdırır? – Zərdüşt Əlizadə ilə müsahibə

admin

Jurnalist, siyasi məhbus Ülviyyə Əli təcridxanadan yazır:

admin

Yekaterinburqda işgəncə görən azərbaycanlıdan ŞOK AÇIQLAMALAR : “Bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər”

redaktor