Hadisə

Tarixçi-professor Nəsiman Yaqublu yol qəzasında vəfat edib

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Ölkə.az”a bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

 

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək vəfat etdi

redaktor

Zelenski: “Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm”

redaktor

Özbəkistanda MN anbarında partlayış: yaralılar var

redaktor