29 C
Bakı
18 Avqust 2026 20:46
Cəmiyyət

Son vaxtlar tələbi artan psixoloq seanslarının qiymətləri niyə əlçatmazdır? – VİDEO

Son vaxtlar psixoloqlara tələbat artıb. Belə ki, bir seansın qiyməti 150-500 manat arasında dəyişir.

 

Tacxeber.com Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşlar iddia edirlər ki, qiymətlər yüksək olsa da, bəzən nəticə əldə edilmir. Çünki, bəzi şəxslər bu sahədə müvafiq təhsil almadan özlərini mütəxəssis kimi təqdim edərək pasiyentləri qəbul edirlər.

 

Psixoloqların sözlərinə görə, bəzən bir seans yetərli olmur. Nəticədə, bəzi vətəndaşlar 15 seansa 7 500 manat ödəməli olurlar.

 

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, hazırda tətbiqi psixoloq kimi fəaliyyət göstərənlərin sayı və keyfiyyət göstəriciləri cəmiyyətin tələblərinə tam uyğun deyil.

 

Sosioloq onu da əlavə edib ki, bu sahə üzrə universitet təhsili zamanı praktiki dərslərin sayı artmalıdır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxşar xəbərlər

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin