21 C
Bakı
09 Oktyabr 2026 11:54
Dünya

Qazaxıstan meymunçiçəyi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.

 

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Vurğulanıb ki, Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib.

 

Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək.

 

Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib. Qeyd olunub ki, Qazaxıstanın özündə bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor