22.2 C
Bakı
10 İyun 2026 03:34
Şou

Flora Kərimova ilə Afət Fərmanqızı barışıb? – Yeni xəbər

 

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

 

Tacxeber.comAxsam.az-a istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

 

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu cütlük “Trendyol”dan nə qədər qazanır?

redaktor

Könül Xasıyeva xəstəliyi üçün lazım olan məbləği topladı

admin

Yaşar Nurinin qızı evlilik verilişinə çıxıb

redaktor