Gündəm

“Deputat seçilsəm, maaşımı seçicilərimlə paylaşacağam” – Elza Seyidcahan vəd verdi – FOTO

 

Xəbər verdiyimiz kimi, deputat olmaq istəyənlərin arasında Əməkdar artist Elza Seyidcahan da var. Elza Seyidcahan deputat olarsa, hansı işlər görəcək?

Tacxeber.comxəbər verir ki, o, Demokrat.az-a açıqlamasında bildirib ki, görəcəyi ən yaxşı işlərdən biri maaşının seçiciləri ilə bölüşməsi olacaq:

“Deputat seçilsəm, hər ay maaşımın yarısını seçicilərimlə paylaşacağam. Pulsuz konsertlər verəcəm. Seçicilərimin toylarında hədiyyə kimi pulsuz oxuyacağam. Rəqiblərimlə hər zaman sağlam rəqabətdə olmuşam.

Seçilsəm  Fəxri Xiyabanda uyuyan dahilərimizin musiqilərinin səslənməsi ilk təklifim olacaq. Çünki oraya gələn ölülər o musiqiləri dinləyərkən diriləcəklər və dahilərimizin də,ruhları şad olacaq”.


Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor