22 C
Bakı
09 Oktyabr 2026 23:22
CəmiyyətGündəmHadisəQalmaqal

Qurban Qurbanovdan sonuncu XƏBƏRDARLIQ – Elə et ki, gözümdən düşməyəsən

Qurban Qurbanovdan sonuncu XƏBƏRDARLIQ - Elə et ki, gözümdən düşməyəsən

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevə sonuncu dəfə xəbərdarlıq edib.

 

Müdafiəçi bir daha yersiz qırmızı vərəqə alarsa, əsas komandadakı yerini itirəcək və əvəzedici heyətə göndəriləcək.

Təcrübəli mütəxəssis iclasda bu barədə danışıb. Azərbaycanın ən yaxşı çalışdırıcısı cinah oyunçusuna xatırladıb ki, o, yoldaşlarını dönə-dönə çətin vəziyyətdə buraxıb:

 

«Sən bizi nəvaxta kimi peşman edəcəksən? Artıq böyüməlisən.

Başa düşməlisən ki, sənin hərəkətlərinə görə komanda nə qədər əziyyət çəkir. Sənə görə mətbuat və azarkeşlər «Qarabağ»ın üstünə gəlir.

Yığışdır bu hərəkətlərini! Elə et ki, gözümdən düşməyəsən. Hisslərini idarə elə, yerli-yersiz özündən çıxma.

Səbrli ol, komandanı fikirləş. Burada səndən başqa futbolçular var, onları da düşün». (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

“Zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “itaət”ə öyrəşdi…” — Emil Rasimoğlu yazır…

redaktor