22.6 C
Bakı
29 İyun 2026 09:20
Dünya

Prezident Pezeşkian Xameneini İsrailə qisas hücumundan çəkindirib

ABŞ hələ də İrandan müəyyən reaksiya gözləyir, lakin ölkə ilkin cavab planına yenidən baxdığından Tehranın yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika rəsmilərinə istinadən yazıb.
“ABŞ administrasiyasının iki yüksək vəzifəli rəsmisinin sözlərinə görə, Vaşinqton Tehrana xəbərdarlıq edib ki, genişmiqyaslı hücum yalnız gərginliyi artıracaq və iki tərəf arasında birbaşa qarşıdurma riski yaradacaq.  Bu baxımdan  ABŞ İranı genişmiqyaslı əməliyyata başlamamağa çağırıb. Rəsmilərin fikrincə, İran əvvəlcə rədd etsə də, amma zaman keçdikcə Amerika tərəfinin mövqeyi ilə razılaşırlar”, -nəşr qeyd edib.

 

“Iran International”ın məlumatına görə, İranın yeni prezidenti Məsud Pezeşkian İranın ali lideri Ayətullah Xameneini qisas hücumundan çəkinməyə çağırıb və bildirib ki, bunun  İran üçün ağır  nəticələri ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna istəyinə nail oldu, Krıma gedən quru yollar bağlandı

redaktor

“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib – YENİLƏNİB

redaktor

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) atəşkəsin pozulacağı halda İrana qarşı zərbələr planlaşdırır

redaktor