Dünya

İDDİA: Ukrayna ordusu Kurskda 300 Rusiya hərbçisini əsir götürüb

 

Ukraynanın Rusiya ərazisinə – Kursk vilayətinə girməsi hazırda dünya mətbuatında geniş müzakirə olunur. İlk vaxtlarda adi reyd kimi qəbul edilən prosesin ciddi məqsədləri olan əməliyyat olduğu getdikcə daha aydın hiss olunur.

Tacxeber.com musavat.com-a istinadən xəbər verir ki, son məlumata görə, Ukrayna ordusu 25 km dərinliyə qədər irəliləyib.

Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyası nəzarətə götürülüb.

Bu xəbərin yayılmasından sonra Avropa qaz bazarında qiymət bir az qalxıb.

Ukrayna ordusu iddia edir ki, Kursk vilayətində 2 günlük döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin 300-ə yaxın hərbi qulluqçusu əsir götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor