GündəmSiyasət

“Əsl saxtakar Məzahir Pənahov başda olmaqla, MSK-nın bütün üzvləridir”

 

Növbədənkənar parlament seçkilərinə 94 saylı Ucar seçki dairəsindən qatılmaq istəyən Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.

 

Tacxeber.com konkret.az-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov Elton Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.

 

Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.

 

MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.

 

Elton Məmmədov haqqında deyilənlərin hamısını yalan və böhtan adlandırıb:

 

“Haqqımda deyilən bütün məlumatlar yalandır, iftiradır. Əsl saxtakar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla, qurumun digər bütün üzvləridir. Məndən bu qədər. Qısa və konkret”.

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Ərdoğandan İranın Zəngəzur təhdidlərinə sərt cavab: “Azərbaycanla tarixi ittifaqdayıq

redaktor

Milli Şura oyunu: Müxalifəti bir zərbə ilə silmək planı

redaktor