Dünya

Azərbaycanlının idarə etdiyi gəmi Qara dənizdə ələ keçirildi

 

Ukrayna Təhlükəsizlik Xidməti Qara dənizdə Krımdan Ukrayna taxılını daşıyan gəmini ələ keçiriblər.

 

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, Ukrayna əks-kəşfiyyatı gəminin Rusiyanın sifarişi ilə taxılı daşıdığını açıqlayıb. Gəmi Mərkəzi Afrika ölkələrindən birinin bayrağı altında üzüb və taxılı Yaxın Şərqə aparmaq istəyib.

 

Ələ keçirilən gəminin kapitanının azərbaycanlı olduğu iddia edilib. Onun şəxsiyyəti açıqlanmır. Gəminin digər 12 nəfərlik heyəti də əcnəbilərdən ibarət olub.

Tacxeber.com

Oxşar xəbərlər

İrandan Türkiyəyə qarşı əks-həmlə – İşin içində Fransa da var

admin

Donald Trampdan İran təhdidlərinə cavab gəldi: onlar yer üzündən silinəcəklər

redaktor

İran: Prezident və SEPAH-lı Xarici İşlər Naziri

redaktor