Siyasət

Tahir Kərimli növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyəcək

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyəcək.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, T.Kərimli seçkilərdə iştirak etməsə də, rəhbərlik etdiyi partiya prosesə qatılacaq.

 

Qeyd: Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirib. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləyib (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olub. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini verib. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

 

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putinlə İlham Əliyev arasında növbəti “qarşıdurma” şousu?

admin

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor