Rusiyada mayın 19-da Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın qardaşı Vladimir Podolyak ölüb.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat və mərhumun qəbrinin fotosu yayılıb.
Bildirilib ki, o, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb.
59 yaşlı Vladimir Podolyakın hansı səbəbdən öldüyü barədə Rusiya rəsmiləri açıqlama verməyib.

