Allergiyası olan insanlara bu bitkinin zərərli təsirləri də var…

Kərəvizin bir çox faydalı xüsusiyyətləri var. Bu bitki xüsusilə sinir sisteminə faydalı təsir göstərir və beynin fəaliyyətini yaxşılaşdırır.
Tacxeber.combildirir ki, bu sözləri aşpaz Yeqor Rudolski “Doctor Peter” portalına bildirib. Mütəxəssisin fikrincə, kərəvizin yarpaqlarını, kök yumrularını, saplarını yemək olar və onun bütün komponentlərinin özünəməxsus faydalı xüsusiyyətləri var. Belə ki, yarpaqlar iltihab əleyhinə təsirə malikdir və sinir sistemini gücləndirməklə yanaşı, ürək və əzələlər üçün də çox faydalıdır.
Bitkinin gövdələri beyin üçün faydalıdır və apatiyanı aradan qaldırır. Kökləri isə tonuslaşdırıcı xüsusiyyətlərə malikdir, səmərəliliyi artırır, minerallarla doyurur və şişkinliyi aradan qaldırır. Rudolski qeyd edib ki, kərəviz çoxlu miqdarda A, C və K vitaminləri ilə, kalium, maqnezium və antioksidantlarla zəngindir. Bundan əlavə, çoxlu miqdarda lif sayəsində həzmi yaxşılaşdırmağa kömək edir və bağırsaqların fəaliyyətini normallaşdırır.
Eyni zamanda, allergiyası olan insanlara bu bitkinin zərərli təsirləri də var. Hamilə qadınlar və böyrək xəstəliyi olan insanlar kərəviz istehlakını məhdudlaşdırmalıdırlar, çünki bitki daşların əmələ gəlməsinə kömək edə bilər.
