Cəmiyyət

Şəhəri bir-birinə qatan “day-daylı” xanım sürücü CƏZALANDIRILDI – VİDEO

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü cəzalandırılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ölkə.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub.

 

Şəxslə profilaktik söhbət aparılaraq barəsində inzibati protokol tərtib olunub.

 

Tacxeber.com-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və xanıma bir neçə saatlıq sürmək üçün verib.

 

Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.

 

Xatırladaq ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobillə manevr qaydalarını pozub.

 

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq “day-dayılıq” edəninin olduğunu bildirib.

 

Oxşar xəbərlər

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor

Şabranda “15 ton arpa” qalmaqalı: icra başçısından şikayət edən sakin cərimələnib

admin

Rauf Arifoğlunun ittihamları

redaktor