DünyaSiyasət

Putinin “A planı” iflasa uğradı, “B planı” isə… – Rasmussen

Vladimir Putin Ukraynanı sürətlə ələ keçirməklə yanaşı, Qərbin zəiflədilməsinə çalışır.

 

Tacxeber.com xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

“Qorxuram ki, bu, uzunmüddətli müharibə olacaq. Putinin bir neçə günə bütün Ukraynanı ələ keçirməklə bağlı “A planı” iflasa uğradı. Onun “B planı” dondurulmuş münaqişə və Qərbin zəifləyəcəyi və razılaşacağı ümidi ilə Şərqi Ukraynanın Rusiya tərəfindən işğalıdır”, – Rasmussen bildirib.

 

Keçmiş baş katib hesab edir ki, Ukraynadakı müharibə ən azı 2024-cü ilin sonuna qədər davam edəcək, çünki Putin ABŞ prezident seçkilərinin bu və ya digər şəkildə ona kömək edəcək dəyişikliklər gətirəcəyinə ümid edir.

“Məncə, gələn il həlledici olacaq. Əgər ukraynalılara nəinki sağ qalmaq, həm də müharibədə qalib gəlmək üçün lazım olan hər şeyi versək, onların rusları geri oturtmaq şansı var”.

Tacxeber.com

Oxşar xəbərlər

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor

“Bu, müharibəni uduzmaq deməkdir”: Zelenski Donbasla bağlı sərt danışdı

redaktor

Tramp Zelenskinin sözlərini lağa qoydu

redaktor