Təhsil

Bu ixtisaslarda keçid balı artacaq – Məleykə Abbaszadə

“Birinci cəhddən 30 bal toplayan abituriyentlər bir ay ərzində 100 bal toplaya bilməyəcəyini bildiyi üçün artıq ikinci cəhddə iştirak etmir”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “ASAN TV”yə açıqlamasında bildirib.

 

O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu il birinci cəhddən sonra 947 nəfərdir. 500 baldan yuxarı nəticə göstərən 2116 nəfər idisə, bu il 3300 nəfərdir:

 

“Bu o deməkdir ki, yüksək keçid balı olan prestijli ixtisaslarda keçid balı artacaq. Keçən il keçid balı 500 olan ixtisas bu il, ola bilsin, 550-yə gəlib çatsın”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qanun” Nəşrlər Evində görünməmiş kampaniya – FOTO

admin

Kamran Əsədova cinayət işi açıldı – Abituriyentlərə cavabları belə ötürürmüş

redaktor

“1 saat da dərs keçən müəllim sayılır!” – Nazirə ETİRAZ

redaktor