24.2 C
Bakı
28 İyun 2026 19:51
Dünya

Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi?

 

Qazaxıstanın İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə iştirak etməməsinin səbəbi açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

 

O, beynəlxalq tədbirlərin qrafikinə görə bunun baş tutmadığını deyib.

 

Onun sözlərinə görə, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

 

Xatırladaq ki, Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Müdafiə naziri qoluna “kafir” döyməsi etdirib – FOTO

redaktor

Bu ölkələrin ordusu yoxdur – HƏRBİ GÜCƏ EHTİYACI OLMAYAN 10  ÖLKƏ

redaktor

Dünya Bankının yeni prezidenti seçildi

redaktor