25.9 C
Bakı
17 İyun 2026 13:19
Dünya

İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək

Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq.

 

“Report” xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

“Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?”, – o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.

 

İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: “Gələcəkdə telefonlar olmayacaq, yalnız “Neuralink” olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Putin muharibə üçün milyarderlərdən pul qopartmaq fikrinə düşüb

admin

İranda azərbaycanlı zabitlər həbs olundu

redaktor

O, Azərbaycana 250 min dollar bağışladı

redaktor