Cəmiyyət

Məktəb direktoru “oğru aləmi”ni tərənnüm edən mahnı oxuyub? – AÇIQLAMA

 

Samux rayonunda keçirilən “Son zəng” tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub.

 

Tacxeber.com xəbər verir ki, bununla bağlı görüntülər mediaya göndərilib.

Görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur.

 

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək:

 

“Dünən ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Məktəblərə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Agentlik tərəfindən bu hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Bir deputat mandatını çox görən hakimiyyət prezident kürsüsünü seçkiyə çıxararmı?

redaktor

Şöhrət azarı…

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor