22.6 C
Bakı
29 İyun 2026 07:15
GündəmHadisə

Anasından gülab istəyən Əsna ölümə tələsib: 11 yaşlı qız mələklərin üzünə güldüyünü deyirmiş

Anasından gülab istəyən Əsna ölümə tələsib: 11 yaşlı qız mələklərin üzünə güldüyünü deyirmiş

Bakıda 11 yaşlı qız 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə suda boğularaq ölüb.

 

Hadisə Şüvəlan çimərliyində baş verib.

 

Belə ki, Əsna Əliyevanın anası və digər valideynlər dincəlmək və bayram münasibətilə uşaqlarını dənizkənarına – piknikə aparıblar. Piknik zamanı Əsna dənizə girərək şəkil çəkdirmək istəyib. Bu zaman anidən ürəyi tutaraq suya yıxılan Əsnaya anası Şəfəq Əliyeva dərhal müdaxilə edərək süni nəfəs verməyə çalışıb. Daha sonra təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq, Əsna Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

 

Anasının sözlərinə görə, Əsna son günlərdə tez-tez ona “Ölənə qədər əlini buraxmayacağam” deyirmiş.

 

“Son günlər deyirdi ki, ana, mənə gülab al. Deyirdim ki, gülabı nə edirsən? Deyirdi üzümə gülab vuranda mələklər mənə baxıb gülümsəyirlər”.

 

Hadisə şahidlərinin sözlərinə görə, 11 yaşlı Əsna sudan çıxarıldıqdan sonra anasına baxaraq “hər şey yaxşıdır” deyib və ölüb.

 

Ailə üzvləri və sinif yoldaşları bildiriblər ki, Əsna Əliyeva son günlərdə tez-tez dənizi çox sevdiyini və mələk olacağını da deyirmiş.

 

Qeyd edək ki, Əsna Əliyeva 165 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi olub.

Oxşar xəbərlər

Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb.

admin

Yevlax görüşü ilə bağlı ilk rəsmi açıqlama

redaktor

Maltada Azərbaycan hakimiyyəti ilə rüşvət əlaqəsində olanlar ittiham edilir.

admin