22 C
Bakı
09 Oktyabr 2026 20:25
CəmiyyətGündəmİdman

Bu gün Azərbaycan kubokunun finalıdır

Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçiriləcək.

 

Həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan “Qarabağ” çempionatın 2-cisi “Zirə” ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

“Qarabağ” Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 7 dəfə sahib çıxıb.

 

“Zirə” isə bu titulu heç vaxt qazanmayıb. Əgər paytaxt təmsilçisi bugünkü finalda qalib gəlsə, tarixinin ilk kubokunu əldə edəcək.

Qeyd edək ki, final görüşündən əvvəl – saat 19:00-da konsert proqramı olacaq. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edəcək. (Qol.az)

 

Azərbaycan kuboku, final

20:00. “Qarabağ” – “Zirə”

“Liv Bona Dea Arena”

Tacxeber.com

Oxşar xəbərlər

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

“Zamanla Ramiz Rövşənin tərcümeyi-halı gizlində “itaət”ə öyrəşdi…” — Emil Rasimoğlu yazır…

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor