Dünyaİdman

ÇL-in final oyunu: “Real” “Borussiya”ya qarşı bu axşam saat …..

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real Madrid” futbol klubu ilə Almaniyanın “Borussiya Dortmund” klubu üz-üzə gələcək.

 

Oyun Londondakı “Uembli” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu final Çempionlar Liqası tarixində 69-cu olacaq. Turnirin ən titullu klubu “Real Madrid”dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin 3 dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.

 

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin “Liverpul”unu (1:0) məğlub etmişdi.

 

“Borussiya” isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya “Yuventus”undan güclü olub (3:1). 2013-cü ildə də “Borussiya” finala çıxsa da, Almaniyanın “Bavariya”sına uduzub (1:2).

Tacxeber.com

Oxşar xəbərlər

İrəvanda “Qarabağ” mahnısını oxuyan da, çəkən də SAXLANILDI

redaktor

ABŞ Xameneinin başına 10 milyon dollar pul qoydu

redaktor

Böyük Britaniya Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniyaya başlayır

redaktor